Türkiyədə satirik jurnalın əməkdaşları TUTULDU – VİDEO

Türkiyədə satirik jurnalın əməkdaşları TUTULDU – VİDEO

Hazırda oxunan: Türkiyədə satirik jurnalın əməkdaşları TUTULDU – VİDEO

257554

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya təhlükəsizlik qüvvələrinin satirik jurnal “LeMan”-ın əməkdaşlarını Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiklərinə görə saxladıqlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazir özünün X (keçmiş Twitter) sosial şəbəkəsində yazdığı paylaşımda belə karikaturaları qəti şəkildə pisləyib.

“Bu, söz azadlığı deyil. Dinimizə qarşı yönəlmiş, müsəlmanların qəlbində dərin yaralar açan bu hərəkətlər təxribat xarakteri daşıyır. Belə cəsarət edən hər kəs qanun qarşısında cavab verəcək”, – deyə o vurğulayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, karikaturanın dərc olunması türk cəmiyyətində böyük qəzəb və etirazlar doğurub.

Bazar ertəsi günü İstanbul prokuroru jurnal əməkdaşlarının həbs olunması barədə göstəriş verib. Prokurorluq bildirir ki, dini dəyərləri təhqir edən karikaturanın dərc olunması ilə bağlı araşdırma aparılır.

Jurnalın baş redaktoru Tuncay Akgün isə bildirib ki, “şəkil yanlış şəkildə yozulub”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO