Ağ Evin rəsmi “YouTube” kanalı ölkə prezidenti Donald Tramp haqqında cizgi filminin fasiləsiz yayımına başlayıb.
Bizim.Media xəbər verir ki, videonun sol tərəfində animasiya şəklində Donald Tramp təsvir olunub – o, insanlara kartof qızartması paylayır və Ağ Evin Cənub çəmənliyində bayraq qaldırır.
Sağ tərəfdə isə “One Beautiful Bill” (“Bir Gözəl Qanun Layihəsi”) adlı vergi qanun layihəsinin üstünlükləri göstərilir. Bu qanun layihəsinə orta və işləyən təbəqə üçün ən böyük vergi endirimi, illik maaşların 10.000 dollar artması, 15.000–80.000 dollar gəliri olanlar üçün verginin 15% azalması, çay pulu, əlavə iş saatları, eləcə də təqaüdçülər üçün sosial təminat vergilərinin ləğvi, Amerika istehsalı avtomobillərə güzəştlər, standart vergi çıxarışının artırılması və qanunun digər üstünlükləri daxildir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:33 / 30.06.2025
“YouTube”da Tramp haqqında cizgi filminin fasiləsiz yayımına BAŞLANDI - VİDEO
Hazırda oxunan: “YouTube”da Tramp haqqında cizgi filminin fasiləsiz yayımına BAŞLANDI - VİDEO
Hazırda oxunan: “YouTube”da Tramp haqqında cizgi filminin fasiləsiz yayımına BAŞLANDI - VİDEO
257426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.