Tramp: “Saxta demokrat senatora çatdırın ki, İrana heç nə təklif etmirəm” – FOTO

Tramp: “Saxta demokrat senatora çatdırın ki, İrana heç nə təklif etmirəm” – FOTO

Hazırda oxunan: Tramp: “Saxta demokrat senatora çatdırın ki, İrana heç nə təklif etmirəm” – FOTO

257332

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranın rəhbərliyi ilə əlaqə saxlamayıb və İrana hər hansı təklif verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp “Truth Social” platformasında yazıb.

"Saxta demokrat senator Kris Kunsa çatdırın ki, mən İrana Obamadan fərqli olaraq HEÇ NƏ təklif etmirəm.
 

O, İrana axmaq “nüvə sazişi” ilə bağlı razılaşmaya (JCPOA) görə milyardlarla dollar ödəyib. Hansı ki, bu saziş artıq qüvvədən düşüb! Mən onlarla danışmıram, çünki nüvə obyektlərini tamamilə MƏHV ETDİK", – deyə o, əlavə edib.


Xatırladaq ki, İranın nüvə proqramı ilə bağlı 2015-ci ildə imzalanmış beynəlxalq razılaşma İranla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa) və Almaniya (P5+1) arasında bağlanmışdı. Məqsəd  İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və qarşılığında ona qarşı tətbiq olunan sanksiyaları ləğv etmək idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO