Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşması ilə əlaqədar dənizdə üzmək qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, İstanbulun Beykoz, Arnavutköy və Şile rayonlarında dənizdə çimməyə qadağa qoyulub. Qara dəniz sahillərindəki Düzce və Sakarya əyalətlərində də yüksək dalğalar səbəbindən qadağa tətbiq edilib.
Ümumilikdə Türkiyənin 81 vilayətindən 21-də "sarı" təhlükə səviyyəsi elan olunub.
Mərmərə və Egey dənizi regionunda güclü şimal küləyinin sürəti 40-60 km/saata, bəzi ərazilərdə isə 70-80 km/saata çatacağı gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:48 / 29.06.2025
İstanbulda dənizdə çimmək qadağan edildi
Hazırda oxunan: İstanbulda dənizdə çimmək qadağan edildi
Hazırda oxunan: İstanbulda dənizdə çimmək qadağan edildi
257277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.