Rusiyanın Ukraynanın Çerkassı vilayətinin Smela şəhərinə hücumu nəticəsində 11 nəfər yaralanıb.
Bizim.Media bu barədə RBK.ua-ya istinadən xəbər verir.
"Artıq 11 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan ikisi uşaqdır. Onlara bütün lazımi yardımlar göstərilir", - vilayət rəhbəri İqor Taburets bildirib.
İlkin məlumatlara görə, üç raket və səkkiz pilotsuz uçuş aparatı şəhərin yaşayış massivinə düşüb. Taburetsin sözlərinə görə, düşmən mülki infrastrukturu hədəf alıb.
Smelada üç doqquzmərtəbəli binaya, fərdi evlərə və avtomobillərə xeyli ziyan dəyib. Ən azı dörd təhsil müəssisəsi, ruhi xəstəxana da ziyan çəkib, Milli Qida Texnologiyaları Universitetinin kollecinin tədris binası demək olar ki, tamamilə dağılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:22 / 29.06.2025
Rusiya Ukraynada yaşayış binalarını vurdu: 11 yaralı var - VİDEO
Hazırda oxunan: Rusiya Ukraynada yaşayış binalarını vurdu: 11 yaralı var - VİDEO
Hazırda oxunan: Rusiya Ukraynada yaşayış binalarını vurdu: 11 yaralı var - VİDEO
257249
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.