Rusiya Stepnoqorska zərbə endirdi - ÖLƏN VAR

Rusiya Stepnoqorska zərbə endirdi - ÖLƏN VAR

Hazırda oxunan: Rusiya Stepnoqorska zərbə endirdi - ÖLƏN VAR

257236

Rusiya Stepnoqorsku aviasiya və artilleriya ilə atəşə tutub. Mərmilərdən biri çoxmərtəbəli binaya düşüb.

Bu barədə Bizim.Media Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fyodorovun “Telegram” kanalına istinadən xəbər verir.

İyunun 29-u səhər saat 06:00 radələrində Rusiya qoşunları Zaporojye vilayətinin Stepnoqorsk şəhərinə kütləvi zərbələr endirib.

Yaşayış infrastrukturu zərbələrə tuş gəlib, mərmilərdən biri doqquzmərtəbəli binaya düşüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya idarəolunan aviasiya bombalarından, reaktiv artilleriyadan, lülə artilleriyasından və dronlardan istifadə edib.

Zərbə nəticəsində çoxmərtəbəli binanın dağıntıları altından 70 yaşlı qadının meyiti tapılıb. Onun cəsədini xilasedicilər dağıntılar arasında təmizləmə işləri apararkən aşkar ediblər.

Hadisə yerində fövqəladə xidmətlər işləyir, hücumun nəticələrinin aradan qaldırılması davam edir.

Qeyd edək ki, Rusiya iyunun 29-na keçən gecə Ukraynanı rekord sayda (537) atəşə tutub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO