Rəsmi Moskvadan Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa REAKSİYA

Rəsmi Moskvadan Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa REAKSİYA

Hazırda oxunan: Rəsmi Moskvadan Yekaterinburqda azərbaycanlılara qarşı zorakılığa REAKSİYA

257108

Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəsmi Bakının Yekaterinburqda Azərbaycan diasporasının üzvlərinin qeyri-insani şəkildə saxlanılması və qətlə yetirilməsi ilə bağlı bəyanatlarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Ötən illərdə törədilmiş ağır cinayətlərlə bağlı cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları tərəfindən şübhəli bilinən şəxslərin — Rusiya vətəndaşı olan, Azərbaycandan çıxmış şəxslərin yaşadıqları ünvanlarda saxlanılma və axtarış tədbirləri həyata keçirilib.

2025-ci il iyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunmuş Rusiya Federasiyasının işlər üzrə müvəqqəti vəkili P.S. Volokov Azərbaycan tərəfinə zəruri izahatlar verib və vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu təsdiqləyib.

Həmin cinayət işləri üzrə istintaq hərəkətləri davam edir. Əlavə məlumatlar mərhələli şəkildə İstintaq Komitəsi tərəfindən ictimaiyyətə təqdim ediləcək,” – deyə Zaxarova RBK-ya açıqlamasında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO