Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ

Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ

Hazırda oxunan: Rusiyada öldürülən qardaşların əmisi oğlu da QƏTLƏ YETİRİLDİ

257039

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu da öldürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı


Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Qətlə yetirilən hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO