Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı

Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı

Hazırda oxunan: Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı

257026

Xəbər verdiyimiz kimi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib.

Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürüldü

 

Məlumata görə, Yekaterenburq şəhərində onlarla azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər S.Hüseynlinin qardaşlarıdır.

Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb.

Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər.

Xatırladaq ki, Seyfəddin Hüseynli "apa.az"a açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO