“50 Cent” onun şəhəri tərk etməsi üçün 260 milyon dollar verəcək

“50 Cent” onun şəhəri tərk etməsi üçün 260 milyon dollar verəcək

Hazırda oxunan: “50 Cent” onun şəhəri tərk etməsi üçün 260 milyon dollar verəcək

256992

Reper "50 Cent" instaqramda Nyu-York merliyinə namizəd Zöhran Məmdaninin şəhəri həmişəlik tərk etməsi üçün ona 260 milyon dollar ödəməyə hazır olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu yaxınlarda "The Breakfast Club" şousunda çıxış edən Məmdani, metropolun ən zəngin 1% sakinindən 2% vergi alacağını vəd edib. O, "50 Cent"in bu təşəbbüsü bəyənməyəcəyini bildirib. Çünki reper bu cür vergi siyasətini dəfələrlə tənqid edib.

Reper Məmdaninin təklifinə "O, haradan gəlib? Kimin dostudur? Onun planını bəyənmirəm. Mən ona 258 milyon 750 min dollar verəcəyəm və Nyu-Yorkdan bir tərəfə birinci dərəcəli bilet alacağam" şərhini verib.(Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO