Rusiyadan Ermənistanın hərəkətlərinə etiraz: Məktub göndərəcək

Rusiyadan Ermənistanın hərəkətlərinə etiraz: Məktub göndərəcək

Hazırda oxunan: Rusiyadan Ermənistanın hərəkətlərinə etiraz: Məktub göndərəcək

256976

Rusiya Ermənistan hökumətinə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma istiqamətində qəbul edilən normalarla Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində öhdəliklər arasında ziddiyyət olduğunu göstərən rəsmi məktub hazırlayır.

Bizim.Media verir ki, bunu jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlayıb.

Onun sözlərinə görə, sənəd erməni həmkarı Mher Qriqoryana göndəriləcək.

Rusiya hesab edir ki, Ermənistanın bəzi hərəkətləri, xüsusən də Aİİ-dən kənar ölkələrin məhsullarının sertifikatlaşdırılması qaydalarını sadələşdirən tənzimləmələr Aİİ-nin vahid tələblərinə ziddir.

"Ermənistanın qanunvericilik bazasında onun standartlarına cavab verməyən məhsulların Aİİ-nin daxili bazarına daxil olmasına səbəb ola biləcək müddəalar peyda olur", - Overçuk qeyd edib.

O vurğulayıb ki, Aİİ və Aİ-yə eyni vaxtda üzvlük mümkün deyil. (publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO