Tehrandan ETİRAF: “Zərərimiz böyükdür”

Tehrandan ETİRAF: “Zərərimiz böyükdür”

Hazırda oxunan: Tehrandan ETİRAF: “Zərərimiz böyükdür”

256844

“İsrail və ABŞ tərəfindən son günlərdə endirilən zərbələr nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi IRIB telekanalına verdiyi açıqlamada bildirib.

“İki günlük atəşkəsdən sonra İran Atom Enerjisi Təşkilatının mütəxəssisləri hücumların nəticələrini diqqətlə qiymətləndirirlər. Artıq bu mərhələdə demək olar ki, zərər əhəmiyyətli dərəcədədir”, – deyə Əraqçi qeyd edib.

Nazirin sözlərinə görə, bəzi qurğular tamamilə dağıdılıb və bu da dəymiş ziyanın ödənilməsi məsələsini gündəmə gətirir.

Qeyd edək ki, İsrailin İrana qarşı hərbi əməliyyatları iyunun 12-dən 13-nə keçən gecə başlayıb.

Təxminən bir sutka sonra Tehrandan cavab zərbələri endirilib. ABŞ isə iyunun 22-də münaqişəyə qoşularaq İran ərazisində yerləşən üç nüvə obyektini raketlərlə vurub. Ertəsi gün axşam saatlarında İran Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasını raket atəşinə tutub.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO