Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib

Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib

Hazırda oxunan: Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib

256815

Gürcüstan parlamenti “Milli təhlükəsizlik siyasətinin planlaşdırılması və əlaqələndirilməsi haqqında” qanuna Təhlükəsizlik Şurasının ləğvini nəzərdə tutan düzəlişləri üçüncü və yekun oxunuşda qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər 83 deputatın dəstəyini qazanıb.

"Dəyişikliyə əsasən, Milli Təhlükəsizlik Şurası 2025-ci il sentyabrın 1-dən ləğv ediləcək. Həmçinin müəyyən edilib ki, Gürcüstan hökuməti milli təhlükəsizlik siyasətinin planlaşdırılması üzrə əlaqələndirici orqan olacaq", - mətbuat xidmətinin bəyanatında qeyd olunub.

Dəyişikliklərə əsasən, Milli Təhlükəsizlik Şurasının ləğvi üçün xüsusi komissiya yaradılacaq. Onun tərkibini və səlahiyyətlərini hökumət müəyyən edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO