Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

Hazırda oxunan: Pentaqon 15 ildir İrana hücuma hazırlaşırmış

256791

ABŞ-nin İrana hücumu Amerika hərbçilərinin çoxillik hazırlıqlarının nəticəsidir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn deyib.
 

"Gecəyarısı İrana qarşı əməliyyatımız 15 illik inanılmaz işin kulminasiya nöqtəsi idi",- deyə general ifadə edib.


Onun sözlərinə görə, əməliyyat pilotların, tanker ekipajlarının, silah mütəxəssislərinin və onu yaradanların birgə səyləri nəticəsində mümkün olub.

O, qeyd edib ki, İranın Fordodakı nüvə obyektinə endirilən zərbə diqqətlə hesablanıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei daha əvvəl ABŞ prezidenti Donald Trampın ölkənin nüvə obyektlərinə zərbə endirmək qərarına gəlməsindən sonra Tehranın ABŞ ilə qarşıdurmada qalib gəldiyini bildirib. ABŞ isə bunun əkisini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO