Cənubi Amerikanın məşhur mafiya liderlərindən olan, “Fito” ləqəbli Adolfo Masias Salazar həbs edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Ekvadorda təhlükəsizlik qüvvələri narkotik tacirini 17 aylıq axtarışdan sonra ələ keçirib.
Fito paytaxt Kitodan 400 kilometr aralıda yerləşən Manta liman şəhərindəki sığınacaqda yaxalanıb. Səlahiyyətlilər polis və hərbçilərin birgə həyata keçirdiyi əməliyyatın təxminən 10 saat davam etdiyini və itkilərin olmadığını bildirib.
Ekvador prezidenti Daniel Noboa sosial media platformasında verdiyi açıqlamada "Polis və əsgərlərimizə təşəkkür edirəm. Mübarizəni davam etdirəcəyik" deyə yazıb.
Qeyd edək ki, Fito təkcə Cənubi deyil, Şimali Amerrikada da qətl, cinayət təşkilatı təşkil etmək, qeyri-qanuni silah saxlamaq və narkotik ticarəti ittihamlarına görə ümumilikdə 34 il həbs cəzasına məhkum edilmişdi. Cəzasının 12 ilini çəkdikdən sonra 2024-cü ilin yanvarında həbsxanada baş verən iğtişaşdan istifadə edərək qaçmışdı.
Bizim Media

- A-
- A
- A+
Dünya
10:35 / 26.06.2025
Məşhur mafiya lideri həbs olundu
Hazırda oxunan: Məşhur mafiya lideri həbs olundu
Hazırda oxunan: Məşhur mafiya lideri həbs olundu
256709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.