Parisdə metro stansiyaları su altında qaldı - Qatarlar dayandı

Parisdə metro stansiyaları su altında qaldı - Qatarlar dayandı

Hazırda oxunan: Parisdə metro stansiyaları su altında qaldı - Qatarlar dayandı

256694

Fransanın paytaxtı Parisdə baş verən güclü fırtına nəticəsində bir neçə metro stansiyası su altında qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı LCI radiostansiyası  RATP dövlət şirkətinə istinadən yayıb.

Çərşənbə axşamı axşam saatlarında güclü leysan və külək Parisə və onun ətraf ərazilərinə çöküb. Pis hava şəraiti səbəbindən RER xəttləri və şəhərətrafı qatarlarda hərəkət dayandırılıb, eləcə də bəzi metro stansiyaları bağlanıb.

RATP-nin məlumatına görə, Paris şəhərinin qərbində üç, şimalında bir və cənub-qərbində bir stansiya fəaliyyətini dayandırıb. Fransanın meteoroloji xidməti İl-de-Frans regionu üçün narıncı təhlükə səviyyəsi elan edib. Leysan yağışlar saatda 112 kilometrə çatan güclü küləklə müşayiət olunub. Hava fəlakəti həm də bölgədə hökm sürən anomaliyə çevrilmiş isti hava dalğası ilə eyni vaxtda baş verib.

Xatırladaq ki, 2025-ci ilin əvvəlində Braziliyanın San-Paulu şəhərində də güclü yağışlar metro stansiyalarının su altında qalmasına səbəb olmuşdu. Həmin vaxt insanlar yeraltı stansiyalarda ilişib qalmış, yollar suyun altında qalan avtomobillərlə dolmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO