Kim uduzdu, kim uddu? – VİDEO

Kim uduzdu, kim uddu? – VİDEO

Hazırda oxunan: Kim uduzdu, kim uddu? – VİDEO

256601

ABŞ-in İran-İsrail müharibəsinə müdaxilə etməsi dünyanın illərdir bu ölkəyə qarşı dolan səbr kasasını da daşırdı. Dünya dövlətlərindən rəsmi yaxud qeyri-rəsmi olaraq narahatlıqlar, etirazlar ifadə edən çıxışlar səslənir.

Əvvəlcə ən yaxında yerləşən Körfəz ölkələri (Fars körfəzi ətrafında yerləşən ərəb ölkələr – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman) etirazlar yazılı narahatlıqlar şəklində səsləndirdi.

Səudiyyə Ərəbistanı “qardaş İran İslam Respublikasında baş verən prosesləri böyük narahatlıqla izlədiklərini” bildirib və tərəfləri təmkinli olmağa çağırıb. Çağırışa BƏƏ də qoşulub, ABŞ-ın hücumları “regional və beynəlxalq sülh və təhlükəsizliyə artan təhlükə” adlandırıb.

Yəmən isə daha sərt reaksiya verdi. ABŞ-ın hücumlarını pisləyərək, İran xalqı ilə həmrəy olduqlarını və cavab olaraq Qırmızı dənizdəki ABŞ gəmilərinə hücum etməyə hazır olduqlarını bildiriblər.

Rəsmi etirazçılar sırasında Rusiya, Çin, Hindistan, Kuba, Çili, Venesuela, Yaponiya, Cənubi Koreya da var. Açıq şəkildə İrana dəstəklərini bildirərək, ABŞ-ı qınayırlar. Afrika ölkələrindən Əlcəzair, Çad, Komor adaları, Cibuti, Misir, Qambiya, Mavritaniya, Somali və Sudan da İsraili qınayanlara daxildir.

Qeyd etdiyimiz kimi dünyanın bir sıra ölkələrində (Yəmən, Pakistan, Yunanıstan, Kanada), hətta ABŞ-ın özündə – Nyu-York, Çikaqo və başqa şəhərlərində aksiyalar keçirirlib. Aksiyalarda amerikalılar hakimiyyətə qarşı şüarlar səsləndirib, Trampın İrana müdaxiləsini pisləyiblər.

Münaqişə İranın dünyada nüfuzunun artmasına səbəb oldu?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən politoloq Əziz Əlibəyli isə hesab edir ki, bu aksiyalar kiçik miqyaslı olduğu üçün həlledici rol oynamır:

“ABŞ-ın münaqişəyə cəlb olunmasına qarşı etiraz edənlər, düşünmürəm ki, həlledici kütlə olsun. Təbii ki, bu nümayişlərdə Xameneinin plakatlarını da qaldıracaqlar. O, İranın simvoludur. Ölkənin xarici və daxili siyasətinin həlledici simasıdır. Xameneini antiimperialist ideologiyanın rəmzi kimi qəbul edirlər. Bu, daha çox Hizbullah və İraqın şiə icmalarının təşkil etdiyi aksiyalara bənzəyir. Antisionist qruplar burda təşkil olunduğuna görə daha güclü görünür. Amerikada da güclü şiə icması var”.

Bununla belə politoloq diqqətə çatdırıb ki, ABŞ vətəndaşlarının 68-75%-i ölkəsinin mövcud münaqişəyə dəstəyinə qarşıdırlar.

Bəs belə olduğu halda İranı münaqişənin mənəvi qalibi hesab etmək olarmı?

Ə.Əlibəyli deyir ki, İran ideologiyası tərsinə ideologiyadır:

“Şiəliyin mistik mahiyyətində məğlubiyyəti qalibiyyət hesab etmək yanaşması var.  Demək olar ki, son 600-700 ildə hətta bir az da irəli getsək, min ildən bəri belə yanaşmada qalmaqda davam edirlər. Səfəvilərdə şiəlik dövlət ideologiyasına çevrildi, indi də neosəfəvizm olaraq şiəlik İran dövlətinin xarici siyasətində əsas hesab olunursa, bunlarda məğlubiyyəti qələbə hesab etmək normal haldır. Bu özündə çox qəribə mistika daşıyır: kini, nifrəti, məğlubiyyəti və bunların səbəblərini daim diri, aktual tutur”.  



Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO