İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini TƏSDİQLƏDİ

İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini TƏSDİQLƏDİ

Hazırda oxunan: İran parlamenti IAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini TƏSDİQLƏDİ

256589

İran parlamentinin üzvləri İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi ISNA agentliyinə müsahibəsində deyib.

“İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin ümumi konturları və təfərrüatları parlament tərəfindən təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyi təmin olunmadığı təqdirdə IAEA əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə buraxılmasına icazə verilməyəcək”, - deyə deputat bildirib.

Qanun layihəsi indi İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO