İsrailin hava hücumları nəticəsində həlak olan iranlı komandirlərin dəfn mərasimləri Tehran və Gülpayiqanda keçiriləcək.
Bizim.Media “Mehr” Agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi yayıb.
Mənbə qeyd edir ki, SEPAH komandanı Hüseyn Səlami və onun şəxsi katibi, briqada generalı Məsud Şane-i üçün 26 iyunda yerli vaxtla saat 09:00-da Gülpayiqanda dəfn mərasimi keçiriləcək.
Ümumiyyətlə həyatını itirmiş komandirlərin dəfn mərasimi 28 iyun 2025-ci il tarixində - şənbə günü yerli vaxtla saat 08:00-da Tehran Universitetindən başlayaraq Azadi meydanında ictimaiyyətin geniş iştirakı ilə yekunlaşacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:13 / 25.06.2025
İranda generallar bu tarixdə dəfn olunacaq
Hazırda oxunan: İranda generallar bu tarixdə dəfn olunacaq
Hazırda oxunan: İranda generallar bu tarixdə dəfn olunacaq
256564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.