"Fenomenal nailiyyətə baxmayaraq, biz ayıq olmalıyıq. Qarşıda bir çox problem var. Diqqətimizi cəmləməliyik".
Bizim.Media “Bakupost.az”a istinadla xəbər verir ki, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İranla atəşkəs razılaşmasından sonra deyib.
“Biz əhəmiyyətli bir fəsli yekunlaşdırdıq, lakin İrana qarşı kampaniya hələ bitməyib. Biz hazırkı əməliyyatın nailiyyətlərinə əsaslanan yeni bir mərhələyə qədəm qoyuruq. Biz İranın nüvə layihəsini illərlə ləngitmişik, eyni şey onun raket proqramı üçün də keçərlidir", - deyə Zamir bildirib.
“İndi diqqət Qəzzaya, girovların evlərinə qaytarılmasına və HƏMAS hakimiyyətinin devrilməsinə qayıdır”, - o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:30 / 25.06.2025
İran məsələsi bitdi: yeni əməliyyat başlayır - İsrail
Hazırda oxunan: İran məsələsi bitdi: yeni əməliyyat başlayır - İsrail
Hazırda oxunan: İran məsələsi bitdi: yeni əməliyyat başlayır - İsrail
256528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.