Çinin Yunnan vilayətində yerləşən Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri insan üçün potensial təhlükə yarada biləcək iki yeni virus növü aşkarlayıblar.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu PLOS Pathogens elmi jurnalında dərc olunub.
Dörd il davam edən tədqiqat zamanı mütəxəssislər Yunnanın beş bölgəsində toplanmış on növ yarasaya məxsus 142 orqanizmin, əsasən də böyrəklərin genetik materialını analiz ediblər. Yüksək məhsuldarlıqlı DNT ardıcıllığının təhlili nəticəsində 22 virus aşkar olunub ki, onlardan 20-si elmə əvvəllər məlum olmayıb.
Alimləri xüsusilə narahat edən tapıntı isə Henipavirus cinsinə aid iki yeni virus olub.
Bu cinsə daxil olan Nipah və Hendra virusları yüksək ölüm halları ilə tanınır və insanlar üçün ciddi təhlükə yaradır. Yeni viruslar meyvə ilə qidalanan yarasalarda tapılıb. Sözügedən yarasalar tez-tez insan yaşayış məntəqələri və meyvə bağlarının yaxınlığında rast gəlinir.
Mütəxəssislər bildirirlər ki, bu tip viruslar yarasaların sidiyi vasitəsilə ötürülə bildiyindən, çirklənmiş meyvələr insan üçün yoluxma mənbəyinə çevrilə bilər.
Tədqiqat çərçivəsində yalnız viruslar deyil, həmçinin yeni bir ibtidai orqanizm növü — Klossiella yunnanensis, və iki bakterial növ də aşkarlanıb. Onlardan biri — Flavobacterium yunnanensis — elm üçün tamamilə yeni sayılır.
Alimlər vurğulayırlar ki, bu tədqiqat ilk dəfə olaraq yarasa böyrəklərində aşkarlanan yeni virusların tam genom ardıcıllığını təqdim edir. Onların fikrincə, bu iş “infektom” — yəni orqanizmdə mövcud olan bütün patogenlərin toplusu — haqqında elmi anlayışları genişləndirir və heyvanlarla insanların yaxın təmasda olduğu bölgələrdə zoonoz xəstəliklərin diqqətlə izlənməsinin vacibliyini bir daha gündəmə gətirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:57 / 25.06.2025
SON DƏQİQƏ! Çində yeni virus AŞKARLANDI – İnsanlar üçün ÖLÜMCÜLDÜR
Hazırda oxunan: SON DƏQİQƏ! Çində yeni virus AŞKARLANDI – İnsanlar üçün ÖLÜMCÜLDÜR
Hazırda oxunan: SON DƏQİQƏ! Çində yeni virus AŞKARLANDI – İnsanlar üçün ÖLÜMCÜLDÜR
256521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.