Ərdoğan Haaqada Trampa TƏŞƏKKÜR ETDİ - FOTO

Ərdoğan Haaqada Trampa TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: Ərdoğan Haaqada Trampa TƏŞƏKKÜR ETDİ - FOTO

256517

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının Haaqa sammitində ABŞ Prezidenti Donald Trampla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan bəyan edib ki, İsrail və İran arasında atəşkəsin əldə olunmasını alqışlayır və bu uğura görə ABŞ Prezidenti Trampa təşəkkürünü bildirib. O, eyni zamanda atəşkəsin qalıcı olacağına ümid etdiyini vurğulayıb.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, Qəzza zolağında baş verən humanitar fəlakətin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanması üçün yaxın dialoqun və əməkdaşlığın vacibliyi olduqca əhəmiyyətlidir.

Hər iki lider gələcək addımların koordinasiyalı şəkildə atılmasının önəmini xüsusi qeyd ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO