Ukrayna ABŞ-sız nə qədər davam gətirə bilər? - Qərbin PROQNOZU

Ukrayna ABŞ-sız nə qədər davam gətirə bilər? - Qərbin PROQNOZU

Hazırda oxunan: Ukrayna ABŞ-sız nə qədər davam gətirə bilər? - Qərbin PROQNOZU

256447

“Washington Post” qəzetinin yazdığına görə, ABŞ-ın yardımı kəsildiyi halda Ukrayna Rusiya ilə münaqişədə maksimum bir il davam gətirə bilər.

Bizim.Media xəbər verir ki, nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp rəhbərlik etdiyi yeni administrasiya əvvəlki hökumətlərin Ukraynaya verdiyi dəstəyi davam etdirmədi və əksinə, Kiyevə olan münasibət xeyli soyudu.
 

Bu münasibət həm də prezident Volodimir Zelenskinin şəxsində əks olunur. Hazırkı gedişat göstərir ki, ABŞ yaxın gələcəkdə Ukraynaya hərbi və maliyyə dəstəyini tamamilə dayandıra bilər. Bu isə Kiyev üçün ciddi zərbə olacaq, çünki ABŞ Ukraynanın əsas müttəfiqi sayılır.


Bundan əlavə, qəzet qeyd edir ki, ABŞ hazırda Yaxın Şərqdəki münaqişəyə daha çox diqqət ayırır və bu da Ukraynaya yardım ehtimalını daha da azaldır. Avropanın dəstəyi isə ümumi mənzərəni əhəmiyyətli dərəcədə dəyişmir.

“ABŞ-ın hərbi yardımını dayandırması Ukraynanın döyüş meydanında uğur qazanmaq şansını zəiflədəcək. NATO rəsmiləri isə bildirirlər ki, bu halda Ukrayna ən çoxu daha bir il davam gətirə bilər”, – deyə WP yazır.

Bu arada, Ukraynaya münasibətdə NATO-nun da ironik mövqe tutduğu qeyd olunur. Belə ki, Haaqadakı sammitdə alyans Ukraynaya verilmiş vədlərdən belə bəhs etməyib və bu səbəbdən Ukraynanın NATO-ya üzvlüyü məsələsi Qərbin verdiyi saysız “öhdəliklərə” baxmayaraq ümumiyyətlə gündəmə gətirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO