Xameneinin yerinə varis seçilir - İki namizəd var

Xameneinin yerinə varis seçilir - İki namizəd var

Hazırda oxunan: Xameneinin yerinə varis seçilir - İki namizəd var

256328

İranın Ali Lideri Ayətullah Əli Xameneinin iki il əvvəl onun varisini müəyyənləşdirmək üçün təyin etdiyi üç nəfərlik komitə son günlər fəaliyyətini sürətləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi beş müxtəlif mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, hazırda əsas müzakirə olunan iki namizəd var:

Xameneinin 56 yaşlı oğlu Möctəba Xamenei və İslam İnqilabının banisi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni.

Rəhbərliyin islahatçı qanadı ilə sıx əlaqələri olan Həsən Xomeyni siyasi və sosial məhdudiyyətlərin yumşaldılmasını dəstəkləyən mövqeyi ilə tanınsa da, onun mənsub olduğu nəsil səbəbilə həm yaşlı din xadimləri, həm də SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) arasında hörmətə malikdir.

Digər tərəfdən, Möctəba Xamenei istər daxili müxalifətin yatırılması, istərsə də İranın düşmənlərinə qarşı sərt mövqe baxımından atasının sərt xəttini davam etdirir.

Lakin mənbələrin bildirdiyinə görə, hələ heç nə dəqiqləşməyib: namizədlər dəyişə bilər və son söz hər halda hazırkı Ali Liderə məxsus olacaq.

Xatırladaq ki, daha əvvəl “New York Times” qəzeti də Ayətullah Xameneinin mümkün varislər siyahısında üç şəxsin adının olduğunu, lakin onların arasında oğlu Möctəbanın yer almadığını yazmışdı.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO