İsrail İranla atəşkəsə razılaşdı

İsrail İranla atəşkəsə razılaşdı

Hazırda oxunan: İsrail İranla atəşkəsə razılaşdı

256320

İsrail İranla atəşkəsə razılaşıb, bir şərtlə ki, Tehran İsrailə zərbə endirməkdən çəkinsin.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı Ağ Evin sözçüsünə istinadla məlumat yayıb.

Telekanalın mənbəsinin sözlərinə görə, İran belə şərtlərlə razılaşır.

ABŞ administrasiyasının rəsmisi aydınlaşdırıb ki, razılığa gəlməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb. Eyni zamanda vitse-prezident Cey Di Vens, Dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa və dolayı kanallar vasitəsilə şərtləri müzakirə ediblər.

Ağ Ev bildirir ki, razılaşma yalnız ABŞ-ın İranın Natanz, Fordo və İsfahana zərbələri nəticəsində mümkün olub.

Bu arada Netanyahu təhlükəsizlik məsələləri üzrə kabinet iclasını çağırıb.

“The Jerusalem Post” yazır ki, Netanyahu nazirlərdən görüşdən sonra ictimaiyyətə açıqlama verməkdən çəkinmələrini istəyib.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyindəki mənbələr qəzetə bildiriblər ki, İsrail İrana qarşı əməliyyatı “yaxın günlərdə” başa çatdırmaq niyyətindədir.

Daha əvvəl Tramp İsrail və İran arasında tam atəşkəs barədə razılığın əldə olunduğunu açıqlamışdı.

Hələ ki, İran və İsrail hakimiyyət orqanlarından atəşkəs razılaşmasının əldə olunduğuna dair heç bir rəsmi təsdiq yoxdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO