Moda üzrə tanınmış ekspert Evelina Xromçenko qeyd edib ki, əsl dəb hissi geyimin qiymətində deyil, onun zərif formada təqdimində və daxili harmoniya ilə vəhdətindədir.
Bizim.Media xəbər verir ki, onun və digər stil mütəxəssislərinin – stilist Miroslava Duma və imic psixoloqu Anna Zelenskayanın – fikirləri bu sahədə tez-tez rast gəlinən, lakin qadını "ucuz" göstərə bilən stil səhvlərinə qarşı praktik bələdçi rolunu oynayır.
Xromçenko loqomaniyanı özünə inamsızlığın simvolu sayır. İmic psixoloqu Anna Zelenskaya isə əlavə edir ki, bu çox zaman daxili komplekslərin üzərinə örtük çəkməkdir.
Geyim sadəcə zahiri göstərici deyil, daxili dünyanızın əksidir. "Qəşənglik" loqoda, bahalı çantada və ya trend ayaqqabıda deyil, düşünülmüş üslubda düzgün mühitə uyğunlaşmada və zərif detalların harmoniyasındadır. Ucuz görünmək istəmirsinizsə, dəbdən çox zövqə və şəxsiyyətinizə əsaslanın. (News24.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:25 / 23.06.2025
Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin
Hazırda oxunan: Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin
Hazırda oxunan: Ən "ucuz" qadınlar belə edir - Bu səhvləri etməyin
256228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.