İsveçrədən Suriyaya JEST: Sanksiyaları ləğv etdi

İsveçrədən Suriyaya JEST: Sanksiyaları ləğv etdi

Hazırda oxunan: İsveçrədən Suriyaya JEST: Sanksiyaları ləğv etdi

256103

İsveçrə Suriya Mərkəzi Bankına tətbiq edilən sanksiyaları ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Qərarı şərh edən Suriya Mərkəzi Bankının direktoru Əbdülqadir əl-Husriyyə bu addımı iki ölkə arasında maliyyə və ticarət sahələrində əlaqələrin bərpası istiqamətində mühüm və müsbət inkişaf adlandırıb.

Direktor əlavə edib ki, əvvəllər Suriya Mərkəzi Bankının bir sıra İsveçrə bankları ilə sıx əlaqələri olub və o, dövlət investisiyalarının idarə olunmasında, eləcə də İsveçrə tərəfi ilə ticarət və maliyyə mübadilələrinin dəstəklənməsində əsas rol oynayıb. Bununla da qarşılıqlı etimad möhkəmlənib və iqtisadi əlaqələrin sabitliyi təmin edilib.

Mərkəzi Bank rəhbəri ümid etdiyini bildirib ki, bu addım ortaq maraqlara xidmət edən və milli iqtisadiyyatı möhkəmləndirmək üçün daha geniş imkanlar açan yeni, konstruktiv əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO