Regionun və bəşəriyyətin münaqişələrin artmasına deyil, effektiv və etibarlı diplomatiyaya ehtiyacı var.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı sosial şəbəkələrdəki paylaşımında bildirilir.
Siyasətçi xəbərdarlıq edib ki, regionda gərginliyin artması humanitar və iqtisadi xərclərin artması və bütün tərəflər üçün yeni təhlükəsizlik riskləri ilə bağlıdır.
C.Yılmaz qeyd edib ki, ABŞ-ın İran və İsrail arasında münaqişəyə qoşulması “prosesləri dərin narahatlıq doğuracaq səviyyəyə çıxarıb”.
“Hadisələrin hazırkı gedişatı dayandırılmasa və diplomatiyanın rıçaqlarından istifadə edilməsə, regional və qlobal təhlükəsizlik daha təhlükəli nəticələrlə üzləşəcək”, - deyə Türkiyə vitse-prezidenti qeyd edir.
C.Yılmaz beynəlxalq ictimaiyyəti ziddiyyətlərin diplomatik yolla nizamlanmasının tərəfdarı olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyini dəstəkləməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:19 / 22.06.2025
Türkiyənin vitse-prezidenti: ABŞ-ın münaqişəyə qoşulması prosesləri narahatlıq səviyyəsinə çıxarıb
Hazırda oxunan: Türkiyənin vitse-prezidenti: ABŞ-ın münaqişəyə qoşulması prosesləri narahatlıq səviyyəsinə çıxarıb
Hazırda oxunan: Türkiyənin vitse-prezidenti: ABŞ-ın münaqişəyə qoşulması prosesləri narahatlıq səviyyəsinə çıxarıb
256093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.