İƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar

İƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar

Hazırda oxunan: İƏT XİN rəhbərləri Yaxın Şərqlə bağlı birgə bəyanat yaydılar

256090

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri İsrailin regionda sabitliyi pozan siyasətini pisləyib və gərginliyin azaldılması istiqamətində işləmək üçün nazirlər səviyyəsində təmas qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-22-də Türkiyədə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş İstanbul Bəyannaməsində deyilir.

"Biz İsrailin regionda sabitliyi pozma siyasətini, həmçinin İran, Suriya və Livana qarşı son hücumlarını pisləyirik. Bu, ölkələrin suverenliyinin, təhlükəsizliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyəti bu təcavüzü dayandırmaq üçün çəkindirici tədbirlər görməyə və İsraili törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq.
 

Deeskalasiya, İrana qarşı təcavüzü dayandırmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün səyləri dəstəkləmək məqsədilə müvafiq regional və beynəlxalq tərəflərlə müntəzəm əlaqələr qurmaq tapşırığı veriləcək nazirlərdən ibarət açıq təmas qrupunun yaradılması barədə qərar qəbul edirik”- Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı sənəddə deyilir.


Xüsusilə bəyannamədə deyilib ki, İsrailin İrana hücumları regionda humanitar, iqtisadi və ekoloji vəziyyəti təhdid edir. Eyni zamanda xarici işlər nazirləri BMT-nin Fələstin üzrə Beynəlxalq Konfransının mümkün qədər tez çağırılmasını istəyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO