Əlcəzairdə baş tutan futbol qarşılaşmasında faciə yaşanıb.
Bizim.Media ua.football-a istinadən xəbər verir ki, "Aljer" futbol klubu çempionatın son turunda "Maqra" ilə heç-heçə edib (0:0) və yenidən ölkə çempionu olub.
Çempionluğu bayram edərkən onlarla "Aljer" azarkeşi stadionun tribunalarından yerə yıxılıb.
Nəticədə kubokun təqdimat mərasimi dərhal ləğv edilib. Faciənin hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırmalara başlanılıb.
Əlcəzairin Səhiyyə Nazirliyi insident nəticəsində 3 nəfərin öldüyünü, 80-dən çox insanın yaralandığını açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:19 / 22.06.2025
Futbol matçında faciə: 3 ölü, 80-dən çox yaralı var
Hazırda oxunan: Futbol matçında faciə: 3 ölü, 80-dən çox yaralı var
Hazırda oxunan: Futbol matçında faciə: 3 ölü, 80-dən çox yaralı var
256085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.