İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

256068

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb.

Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.

Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO