ABŞ İranın üç nüvə obyektini vurdu - Trampdan AÇIQLAMA - VİDEO

ABŞ İranın üç nüvə obyektini vurdu - Trampdan AÇIQLAMA - VİDEO

Hazırda oxunan: ABŞ İranın üç nüvə obyektini vurdu - Trampdan AÇIQLAMA - VİDEO

256008

ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib.

Prezident Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.

“İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – deyə Tramp qeyd edib.

ABŞ-ın “Fox News” telekanalı və İranın IRNA agentliyi Fordo nüvə obyektinin hava hücumuna məruz qalması barədə məlumatlar yayıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO