Türkiyədə meşə yanğını: Bir məhəllə boşaldıldı - VİDEO

Türkiyədə meşə yanğını: Bir məhəllə boşaldıldı - VİDEO

Hazırda oxunan: Türkiyədə meşə yanğını: Bir məhəllə boşaldıldı - VİDEO

256004

Türkiyənin Aydın vilayətində meşə yanğını baş verib.

Bizim.Media  xəbər verir ki, yanğın Aydının Efeler rayonunda yerləşən əkin sahəsi və kolluq ərazidə başlayıb. 

Sürətlə yayılan alov yaşayış yerlərinə sıçrayıb. Qabaqlayıcı tədbir olaraq, bölgədəki bir məhəllə tam boşaldılıb. Bölgəyə 5 yanğınsöndürən təyyarə, 9 helikopter və çox sayda xüsusi texnika cəlb olunub.

Hadisə ilə bağlı açıqlama verən Aydın valisi Yakup Canbolat bildirib ki, son günlər Aydında, əsasən əkin sahələrində yanğınlar baş verir. Bugünkü yanğın təxminən saat 15:06 radələrində başlayıb. Hazırda alov sürətlə yayılır. İndiyə qədər 3 nəfər tüstüdən zəhərlənib.

Alovla mübarizə davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO