İsraildən BÖYÜK KÖÇ – Cənubi Kiprdə məktəblər sığınacağa çevrilir – FOTO

İsraildən BÖYÜK KÖÇ – Cənubi Kiprdə məktəblər sığınacağa çevrilir – FOTO

Hazırda oxunan: İsraildən BÖYÜK KÖÇ – Cənubi Kiprdə məktəblər sığınacağa çevrilir – FOTO

255854

İsrail-İran münaqişəsinin 8-ci günündə şiddətli bombardman öz nəticələrini göstərib.

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, İranın raket hücumlarından sonra İsraildən böyük bir köç var.
 

İsraildən qaçan 5 minə yaxın insan Cənubi Kiprdə məskunlaşıb.


Dünən Larnaka limanında israilliləri daşıyan 120 yaxta lövbər salıb. Otel və sinaqoqların dolu olması səbəbindən hökumət 7 məktəbi sığınacağa çevirmək qərarına gəlib.

Qeyd edək ki, İsrailin hücumları nəticəsində İranın Baş Qərargah rəisi Bakiri və İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami kimi yüksək səviyyəli hərbçilər də daxil olmaqla ən azı 227 nəfər həlak olub. Digər tərəfdən, İran yüzlərlə ballistik raketləri, eləcə də pilotsuz uçuş aparatları (PUA) atmaqla cavab olaraq Təl-Əviv, Qüds və Hayfanı hədəf alıb. İranın raketlərinin İsrailin hava hücumundan müdafiə sistemlərindən keçməsi nəticəsində azı 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb.





Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO