“Kiyev rejiminin Rusiya ərazisinə çirkli bomba ata biləcəyinə dair təsdiqlənmiş məlumat yoxdur. Lakin bu, Ukraynanın son səhvi olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
Putin bildirib ki, Kiyev özü Kursk vilayətinə hücum etməklə problemini yaratdı, indi təmas xətti daha da uzanıb:
“Ukrayna Kursk vilayətində 76 min nəfər itirib.
Sumı vilayətini isə almaq kimi bir planımız yoxdur, amma bunu da istisna etmirəm. Sumı vilayətində təhlükəsizlik zonasının dərinliyi 10–12 kilometr təşkil edir. Rusiya Ukrayna ilə sərhəddə təhlükəsizlik zonaları yaratmağa məcburdur, bu isə onsuz da tam komplektləşdirilməmiş Ukrayna qüvvələrini əlavə yükləyir. Bir sözlə, rus əsgərinin ayaq basdığı yer artıq bizimdir".
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:18 / 20.06.2025
Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"
Hazırda oxunan: Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"
Hazırda oxunan: Putin: "Rus əsgərinin ayaq basdığı yer artıq bizimdir"
255817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.