Tramp indi də telefon satacaq – FOTO

Tramp indi də telefon satacaq – FOTO

Hazırda oxunan: Tramp indi də telefon satacaq – FOTO

255780

ABŞ Prezidenti Donald Trampa məxsus “Trump Organization” smartfon istehsal edəcək. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, mobil sektora girməyə hazırlaşan Tramp telefonun qiymətinin 499 dollar olacağını açıqlayıb. 

Telefon sentyabr ayında satışa buraxılacaq.
 

Qeyd edək ki, üzərində ABŞ bayrağı həkk olunmuş qızılı rəngli metal korpusa sahib “T1” smartfonunun 6,8 düymlük ekranı, 120 Hz yeniləmə tezliyi, 50 meqapiksellik kamerası olacaq.


Bundan başqa, “Trump Mobile” adlı yeni xidmət – limitsiz danışıq, mesaj, həmçinin təcili yardım və “Telesağlamlıq və Əczaçılıq Yardımı” daxil olmaqla aylıq 45-50 dollarlıq paket təklif edir.


Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO