İsrailin öldürdüyü iddia olunan Şamxani: “Mən sağam”

İsrailin öldürdüyü iddia olunan Şamxani: “Mən sağam”

Hazırda oxunan: İsrailin öldürdüyü iddia olunan Şamxani: “Mən sağam”

255702

İranın Ali Liderinin müşaviri Əli Şamxani ona edilən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

“Mən sağam və həyatımı fəda etməyə hazıram”, – deyə o, bildirib.

Əli Şamxani Ali Lider Ayətullah Xamenei və İran xalqına ünvanladığı müraciətində qeyd edib ki, qələbə günü yaxınlaşır: 
 

“İranın adı hər zaman olduğu kimi tarixdə parlaq şəkildə əks olunacaq. Şəhidlərin təbəssümü isə gələcəyimizin aynası olacaq”.


Xatırladaq ki, iyunun 13-də səhər saatlarında İsrailin həyata keçirdiyi hücum nəticəsində Şamxaninin evinə zərbə endirilib. O, hadisə zamanı xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişdi. Qərb KİV-ləri isə Şamxaninin öldüyü ilə bağlı məlumatlar yaymışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO