SON DƏQİQƏ: İsrail Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır – VİDEO

SON DƏQİQƏ: İsrail Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: İsrail Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır – VİDEO

255408

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın ali dini lideri Əli Xameneinin bunkerinin yerləşdiyi bölgəni bombalayır.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Telegram kanalları yayıb.
 

Hücum, İsraillə İran arasında son günlərdə gərginləşən münasibətlərin və regionda baş verən silsilə eskalasiyaların birbaşa nəticəsi kimi qiymətləndirilir.


Son həftələrdə İranla İsrail arasında diplomatik və hərbi müstəvidə qarşıdurma xeyli artıb. Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir və bir-birini regionda sabitliyi pozmaqda günahlandırır. İran bəyan edib ki, İsrailin bu addımları müharibə təxribatıdır və bunun cavabı veriləcək. Eyni zamanda, İsrail özünü “iran təhdidinə qarşı preventiv müdafiə” həyata keçirdiyini bildirir.

Hazırda regionda vəziyyət son illərin ən gərgin mərhələsinə qədəm qoyub və bu hücum Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə yol aça biləcək ciddi eskalasiya hesab olunur. Beynəlxalq ictimaiyyət tərəfləri təmkinə və diplomatik yollarla həllə çağırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO