18 meksikalı İrandan Azərbaycana təxliyə edildi

18 meksikalı İrandan Azərbaycana təxliyə edildi

Hazırda oxunan: 18 meksikalı İrandan Azərbaycana təxliyə edildi

255381

Meksika vətəndaşları Azərbaycan vasitəsi ilə İrandan təxliyə ediliblər.

Bizim.Media "Elpais" portalına istinadən xəbər verir ki, məlumatı Meksika Xarici İşlər Nazirliyi təsdiq edib.
 

Meksika XİN-dən bildirilib ki, 18 meksikalı "Astara" sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub.



"Meksikanın Tehran şəhərində yerləşən səfirliyinin əməkdaşları öz fəaliyyətini davam etdirilər", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsinə dair müraciət ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO