İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə AKSİYA - FOTO

İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə AKSİYA - FOTO

Hazırda oxunan: İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə AKSİYA - FOTO

25534

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Hayfa şəhərindəki Yunesko meydanında aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqət çəkmək, Ermənistanın müharibə cinayətlərini hələ də davam etdirməsinə etiraz bildirmək olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Azərbaycana ödəyəcəyi təzminatın miqdarı – AĞILASIĞMAZ RƏQƏMLƏR


Azərbaycan və İsrail bayraqları ilə aksiyaya qatılan təşkilat üzvləri Ermənistanın mina cinayətləri, eləcə də həlak olan media təmsilçilərinin fotoları əks olunan plakatlar nümayiş etdirib, Ermənistanın müharibə cinayətlərinə son qoyması üçün çağırışlar ediblər.

Plakatlarda “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Erməni terroruna son”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir” şüarları əks olunub.

Aksiyada yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib, işğalçı dövlətin cinayətkar əməllərinə göz yummamaları üçün beynəlxalq təşkilatlara müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO