İranda yeni "Mossad agentləri" TUTULDU

İranda yeni "Mossad agentləri" TUTULDU

Hazırda oxunan: İranda yeni "Mossad agentləri" TUTULDU

255317

İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı kəşfiyyat əməkdaşları Luristan vilayətində beş nəfəri İsrail xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinərək saxlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı NourNews agentliyi yayıb.

Agentliyin bildirdiyinə görə, saxlanılan şəxslər Xorrəmadad, Burucerd və Durud şəhərlərində tutulublar. Rəsmilərin iddiasına görə, bu şəxslər əsasən İsrailpərəst təbliğat fəaliyyəti ilə məşğul olublar.
 

Məlumatda qeyd olunur ki, bu saxlanmalar İran daxilində İsrailin kəşfiyyat fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilib.


Bundan bir neçə gün əvvəl isə Tehranın cənubunda yerləşən Rey şəhərində, yerli media "Mossad" tərəfindən qurulmuş gizli zavodun aşkarlandığını bildirmişdi. Həmin obyektin dron istehsalı üçün istifadə edildiyi və orada əldəqayırma partlayıcı qurğuların tapıldığı iddia olunmuşdu.

Bu hadisələr fonunda İran daxilində İsrailə işlədiyi deyilən şəxslərə qarşı əməliyyatlar intensivləşib, SEPAH və kəşfiyyat qurumları mümkün təhlükələri aradan qaldırmaq üçün ölkə daxilində axtarış və nəzarət tədbirlərini gücləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO