ABŞ Prezidenti Donald Trampın “Tehran dərhal boşaldılmalıdır, hamı oranı tərk etməlidir” çağırışı İran ictimaiyyətində olduğu kimi, Güney Azərbaycanın simvollarından biri sayılan “Traktor” futbol klubu tərəfindən də kəskin tənqidlə qarşılanıb.
Bizim.Media xəbər verir ki, klubun rəsmi mövqeyində deyilir:
“Tehranda 15 milyona yaxın insan yaşayır – bu insanların içində türklər, farslar və başqa millətlər var. Biz türklər irqçi deyilik, heç kimin zərər görməsini istəmirik. Nə vaxtdan insanların həyatı bu qədər dəyərsizləşib? Bir gündə bu qədər insan hara getsin? Bu, anlaşılmazdır!”.
Klub bu açıqlaması ilə həm humanitar mövqe ortaya qoyub, həm də regionda baş verə biləcək müharibə cinayətlərinə diqqət çəkib.
Qeyd edək ki, Trampın bu bəyanatı fonunda Tehran ətrafında gərginlik daha da artır. ABŞ və İsrailin birgə əməliyyatı istisna edilmir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:10 / 17.06.2025
“Traktor”dan Tehranın boşaldılması çağırışına REAKSİYA: “15 milyon insan bir gündə hara getsin?!”
Hazırda oxunan: “Traktor”dan Tehranın boşaldılması çağırışına REAKSİYA: “15 milyon insan bir gündə hara getsin?!”
Hazırda oxunan: “Traktor”dan Tehranın boşaldılması çağırışına REAKSİYA: “15 milyon insan bir gündə hara getsin?!”
255078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.