Tramp Tehran sakinlərinə səsləndi: “Dərhal şəhəri tərk edin”

Tramp Tehran sakinlərinə səsləndi: “Dərhal şəhəri tərk edin”

Hazırda oxunan: Tramp Tehran sakinlərinə səsləndi: “Dərhal şəhəri tərk edin”

255068

“Hamı dərhal İran paytaxtını tərk etməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

"İran nüvə proqramı ilə bağlı onlara söylədiyim sövdələşməni imzalamalı idi. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!", - deyə Amerika lideri bildirib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran sonrakı günlərdə də bir-birilərinə qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəfdən çox sayda ölən və yaralıların olduğu bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO