İsrail Ordusunun bir qismini Qəzzadan çıxartdı

İsrail Ordusunun bir qismini Qəzzadan çıxartdı

Hazırda oxunan: İsrail Ordusunun bir qismini Qəzzadan çıxartdı

255000

İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 

98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.
 

Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.


İsrail Ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO