Ərdoğan Pezeşkiana zəng etdi – Regiondakı gərginlik müzakirə olundu

Ərdoğan Pezeşkiana zəng etdi – Regiondakı gərginlik müzakirə olundu

Hazırda oxunan: Ərdoğan Pezeşkiana zəng etdi – Regiondakı gərginlik müzakirə olundu

254985

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. 

Bizim.Media xəbər verir ki, söhbət zamanı tərəflər İran-İsrail arasında artan hərbi gərginlik, Yaxın Şərqdəki vəziyyət və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan və Pezeşkian arasında baş tutan telefon danışığında əsas diqqət İranla İsrail arasında sürətlə dərinləşən qarşıdurmaya yönəlib. 

Məlum olduğu kimi, son günlər ərzində İsrailin müxtəlif strateji hədəflərinə qarşı İranın ballistik raket hücumları, həmçinin İsrailin cavab zərbələri regionda genişmiqyaslı müharibə riskini artırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO