Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirildi

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirildi

Hazırda oxunan: Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirildi

254979

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən ümumilikdə 39 nəfərin saxlanıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, əməliyyat Türkiyənin 18 vilayətini, o cümlədən Adana, Hatay, Kahramanmaraş, Kayseri, İstanbul və Bursanı əhatə edib.

Nazirin sözlərinə görə, saxlanılan şəxslər İŞİD-ə bağlı strukturlara vəsait köçürüb, həmçinin sosial şəbəkələrdə terror ideologiyasının təbliği ilə məşğul olublar.

Axtarışlar zamanı qadağan olunmuş ədəbiyyat və elektron məlumatlar aşkar edilib.
 

Daxili İşlər Nazirliyinin rəhbəri iki həftə davam edən əməliyyatın əlaqələndirilməsinə görə vilayətlərin valiliklərinə, həmçinin prokurorluğa təşəkkür edib.


A.Yerlikaya əmin edib ki, cinayətkarlıqla mübarizə mütəmadi olaraq davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO