İran rəhbərliyi Rusiyaya qaçacaq? - Danışıqlara başlanıb

İran rəhbərliyi Rusiyaya qaçacaq? - Danışıqlara başlanıb

Hazırda oxunan: İran rəhbərliyi Rusiyaya qaçacaq? - Danışıqlara başlanıb

254923

İran rəhbərliyi Rusiya ilə mümkün təxliyə üzrə danışıqlara başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Iran International" yayıb.
 

Məlumata görə, İranın Ali lideri Əli Xameneinin administrasiya rəhbərinin müavini Əli Əsgər Hecazi İsrailin zərbələri səbəbindən İranda vəziyyətin daha da pisləşəcəyi təqdirdə ölkəni tərk etmək ehtimalı ilə bağlı Rusiya rəsmiləri ilə gizli danışıqlar aparır.


Bildirilir ki, yüksəkrütbəli rusiyalı məmurlardan biri Hicaziyə şəxsi zəmanət verib: İranda vəziyyət pisləşərsə, Moskva onun və ailə üzvləri üçün təhlükəsiz təxliyə marşrutu təşkil edəcək.

İddia edilir ki, digər yüksəkrütbəli İran rəsmilərinin də oxşar razılaşmaları var. Onlardan bəzilərinin mümkün qaçış yollarını müəyyənləşdirdiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO