Odessada Azərbaycan Evi açıldı - FOTO

Odessada Azərbaycan Evi açıldı - FOTO

Hazırda oxunan: Odessada Azərbaycan Evi açıldı - FOTO

25489

30 mindən çox azərbaycanlının yaşadığı Odessa vilayətində Azərbaycan diasporunun “Birlik”ofisi -Azərbaycan evinin açılışı olub. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi təmsil olunub.

Komitədən Bizim.Media-ya verilən məlumata görə, “Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır - FOTO


Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli çıxış edərək, bu gün dünyanın müxtəlif ölkələrindəki Azərbaycan evlərinin uğurlu fəaliyyətini qeyd edib və “Birlik”ofisi-Azərbaycan evinə, o cümlədən Odessada yaşayan soydaşlarımıza uğurlar arzu edib.

Komitənin şöbə müdiri Ruslan Quliyev Ukrayna və Azərbaycanın dostluq münasibətlərinin qədim tarixə malik olması və bu münasibətlərin bu gün də uğurla davam etməsi barədə fikirlərini bölüşüb.
 

Daha sonra, Odessa vilayətinin Azərbaycan diasporu idarə heyətinin üzvü Fazil Əsgərov çıxış edib, Azərbaycan evinin açılmasını məqsədəuyğun hesab etdiyini və bu addımı Ukraynadakı diasporumuza göstərilən qayğı kimi qiymətləndirdiyini bildirib.


Açılış mərasiminə qatılan Odessa Şəhər Meriyası Mədəniyyət və Turizm şöbəsinin müdiri Tatyana Markova çıxış edərək, Azərbaycan diasporuna uğurlar arzu edib.

Odessada bu günə qədər mövcud olan 3 Azərbaycan diaspor təşkilatının birləşməsi nəticəsində yaranan “Birlik” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi və onun nəzdində mədəni-məlumat mərkəzi, hüquqi yardım və məsləhət xidməti, həftəsonu Azərbaycan məktəbi, həmçinin rəqs məktəbinin təşkili planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO