İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb – KİV

İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb – KİV

Hazırda oxunan: İranda İsrailin zərbələri nəticəsində ölənlərin sayı 400-ü ötüb – KİV

254880

İranda İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər isə yaralanıb.

Bizim.Media “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə İranda İnsan Haqları Fəalları təşkilatı məlumat yayıb.
 

“Uzun müddətdir ölkədəki vəziyyəti izləyən İnsan Haqları Fəalları hüquq müdafiə qrupunun məlumatına görə, İsrailin İrana zərbələri nəticəsində azı 406 nəfər həlak olub, daha 654 nəfər yaralanıb. İran hökuməti ümumi itkilərin sayını açıqlamayıb”, – AP qeyd edib.


Daha əvvəl İranın Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur ayın 14-nə olan vəziyyətə görə 128 nəfərin öldüyünü, yüzlərlə insanın yaralandığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO