Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

Hazırda oxunan: Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

254708

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət katibi Rubionun Rusiyanın Müstəqillik Günü münasibətilə təbrikini tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri Amerikanın “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Mən bunu gizlətməyəcəyəm. Bu, Rusiyanın Müstəqillik Günüdür. Onlar bizim müstəqilliyimizi əlimizdən almaq istəyirlər. Bu müharibə məhz Ukraynanın müstəqilliyi uğrundadır.

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Bəli, mən bunu o qədər də pozitiv qarşılamıram ki, kimlərsə Ukraynanın müstəqilliyini əlindən almaq istəyir, amma bizim tərəfdaş ölkəmiz olan ABŞ onları bu gün münasibətilə təbrik edir”, - deyə Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO